“Qələbəni əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm”

“Qarabağ” Avropa liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubunu mübarizədən kənarlaşdıraraq (3:0) qrup mərhələsinə yüksəlib. Allsport.az xəbər verir ki, komandanın çalışdırıcısı Qurban Qurbanov zəfəri şərh edib:

“Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər. Çox vacib qələbə idi. Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram.

Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm”.

Həmin kateqoriyadan