Qurban Qurbanov: Rəqib hər oyunda fərqli üslubda çıxa bilər

Sabah “Qarabağ” çempionlar liqasının 1-ci ələməsində Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov cavab oyunu öncəsi bunu deyib:

“İlk görüşdə qələbə qazanmağımıza baxmayaraq, ciddi rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir. Məni yalnız sabahkı görüş maraqlandırır. Rəqib hər oyunda fərqli üslubda çıxa bilər.

Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, bu barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdur ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”.

Həmin kateqoriyadan