Qurban Qurbanov: Rəqibi sabahkı matça qədər yenə təhlil edəcəyik

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubu sabah Yunanıstan PAOK-unu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirini bildirib:

“Qrupda 3-cü oyunumuzu keçirəcəyik. Bizim üçün həddindən artıq əhəmiyyətli matçdır. Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışmalıyıq. Komandamız oyuna hazırdı. Düzdür, bəzi itkilərimiz var. Buna rəğmən, hazırıq.

Hər bir oyunçu ilə ətraflı söhbətimiz olub. Rəqibi sabahkı matça qədər yenə də təhlil edəcəyik. PAOK-un 4 xalı var. Çalışacağıq ki, sabah yaxşı oynayaq PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik.

Mən azarkeşlərdən həmişə razı qalmışam. Ola bilər, stadiona az adam gəlsin. Amma bunu normal hal sayıram. Həmişə istədiyimiz kimi olmur. Sabaha kimi azarkeşimizin sayı çoxalacaq”.

Həmin kateqoriyadan