Qurban Qurbanov: Rəqibi təhlil etmişik, zəif cəhətlərini futbolçulara göstərməyə çalışmışıq

“Qarabağ” sabah çempionlar liqasının 3-cü ələməsinin ilk matçında Moldovanın “Şerif” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün baş məşqçi Qurban Qurbanov oyun öncəsi keçirilən mətbuat konfransında öz fikrini bildirib:

“Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi təhlil etmişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. “Şerif”in bir neçə oyun stili var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik. Bizə inanan hər kəsə təşəkkür edirik.

Oyun öncəsi fikirlər çox olur. Hətta bizi favorit qismində görənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçulardır. Düşünürəm ki, bu bizim ən ağır oyunlarımızdan biri olacaq”.

Həmin kateqoriyadan