Qurban Qurbanov: Rəqibi yaxşı təhlil etmişik

Sabah “Qarabağ” çempionlar liqasının 2-ci təsnifatının ilk matçında Albaniyada “Kukesi”nin qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov oyun haqda fikrini klubun rəsmi saytına bildirib:

“Kukesi” futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq.

Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəylə qayıtmaq üçün meydana çıxacağıq”.

Həmin kateqoriyadan