Qurban Qurbanov: “Slovan”a qarşı oynamaq çox çətindir

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” sabah səfərdə Çex Respublikasının “Slovan” komandasının qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında bunu dedi:

“Bilirik ki, çox vacib oyuna gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, “Qarabağ” daha istəkli olacaq. Amma rəqibin daha istəkli olacağını düşünürəm. Onların açıqlamaları ilə tanışam. İlk qələbələrini qazanmaq niyyətindədirlər. Bu komandaya qarşı oynamaq çox çətindir. Düzdür, “Slovan” son oyunlarda yaxşı nəticələr qazanmır. Ancaq rəqibə yaxşı oynamağa da imkan vermirlər. Rəqibin gücünü Bakıda hiss etmişik. Bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Ən doğrusunu etməyə çalışacağıq.

Hər kəs sabah bizimlə olacaq. Avropa Liqasındakı oyunlarımızla maraqlananlar çoxdu. Hamı da uğur qazanmağımızı istəyir. Hər turnirə ayrı hazırlaşırıq. Biz öz oyunumuzdan uzaqlaşmalı deyilik. Futbol bir oyunla bitməz.  Sadəcə, oyuna düzgün hazırlaşmaq lazımdı. Prinsiplərimiz özünü doğruldur. Səhv etməmək barədə düşünürük. Fikrimiz ancaq bu oyundadır”.

Həmin kateqoriyadan