- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 128
- Sentyabr 23, 2026
- 0

“Qarabağ” çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” klubu ilə qolsuz heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər. Həqiqətən, ağır oyun oldu. Sona qədər düzgün oynamağa çalışdıq, maksimum gücü meydanda qoyduq.
Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular, onlara da təşəkkürümü bildirirəm. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.