Qurban Qurbanov: Viktoriya” özünə məxsus üslubu ilə seçilir

Çempionlar Liqasının 3-cü ələməsinin ilk matçında “Qarabağ” səfərdə Çex Respublikasının “Viktoriya” klubu ilə 0:0 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikrini bildirib:

“Oyundan əvvəl bildirdiyim ki, “Viktoriya” özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.

Həmin kateqoriyadan