Qurban Qurbanov: “Yaxşı futbolçunu elə qışda da tapmaq olar”

Emeqaranın yenidən Azərbaycana dönüb-dönməməsindən aslı olmayaraq “Qarabağ” qış fasiləsində yeni hücumçu alacaq. Allsport.az saytı xəbər verir ki, bunu rekord.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

“Biz Emeqaranın gəlib-gəlməməsindən aslı olmayaraq mütləq yeni hücumçu alacağıq. Çünki bu, bizə çox lazımdır. Qarşıda ağır oyunlarımız olacaq. Son avrokubok oyunları da göstərdi ki, zədələrdən açmaq mümkün deyil. Ona görə, heyətində səviyyəli futbolçuların olmalıdır”.

Qurbanov yeni hücumçunun legioner olacağını da açıqlayıb: “Bilirsiniz ki, səviyyəli yerli hücumçu tapmaq çətin məsələdir. Ona görə də legioner hücumçu alacağıq. Bəzən deyirlər ki, qış transfer pəncərəsində yaxşı futbolçu tapmaq çətindir-filan, amma mən elə düşünmürəm. Sadəcə, axtarmaq və düzgün seçim etmək lazımdır. Yaxşı futbolçunu elə qışda da tapmaq olar. Hazırda bununla bağlı işlərimiz davam edir”.

Həmin kateqoriyadan