Qurban Qurbanov: Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq

“Qarabağ” Avropa liqasının “E” qrupunun son turunda səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bunu deyib:

“Qrup mərhələsində sonuncu oyunumuzdu, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır. Bu komandanın gücü hamıya bəllidi. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.

Həmin kateqoriyadan