Qurban Qurbanov: Yaxşı oyunla qalib gəldik

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov premyer liqanın 24-cü turunda “Sabah”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən tam razı qalıb:

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Həm də yaxşı oyunla qalib gəldik. Bundan əvvəlki oyunlarda rəqibə qalib gələ bilmirdik. Bu gün hesab 3:0 olsa da, “Sabah” pis oynamadı.

Elşad Əhmədovu təbrik edirəm. Oyundan oyuna daha yaxşı olurlar. Sona az qalıb. Hər matç daha çətin olacaq. Bütün görüşlər məsuliyyət tələb edir. Hər oyun daha çətin olacaq”.

Həmin kateqoriyadan