Qurban Qurbanovlu “Qarabağ” ilk dəfə Avropa liqasının qrup mərhələsini adladı!

Avropa liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” evdə İsveçin “Hakken” klubunu qəbul edib.

Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında “Bayer-04” Almaniyada “Molde”ni 5:1 hesabı ilə məğlub edib.

Bununla da, “H” qrupunda xallarının sayını 10-a çatdıran “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə Avropa liqasının pley-offuna vəsiqə qazanıb.

Həmin kateqoriyadan