- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 132
- Sentyabr 23, 2026
- 0

UEFA-nın ədalətli oyun və sosial məsuliyyət komitəsinin növbəti vebinarı keçirilib.
Allsport.az saytının məlumatına görə, konfrans liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış feyr pley hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə gündəliyə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.