Qurbanov 490-cı, Qriqorçuk 606-cı pillədə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2015-ci ili 490-cı pillədə başa vurub. Allsport.az xəbər verir ki, “World Coach Ranking” portalının siyahısında Ağdam klubunun çalışdırıcısı məhz bu mövqedə qərarlaşıb.

Qurbanovun hesabında 1238 reytinq xalı var. O, 1379 mütəxəssis arasında 490-cıdır.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk 937 xalla 606-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, ilk üç pillədə İspaniyanın “Barselona” klubunun baş məşqçisi Luis Enrike (18 896 xal), “Sevilya”nın çalışdırıcısı Unai Emeri (13 198) və Almaniyanın “Bavariya” klubunda işləyən Xosep Qvardiola (13 021) yer alır.

Həmin kateqoriyadan