- Baxış sayı: 78
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 223
- Avqust 05, 2026
- 0

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyunu öncəsi açıqlama verib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola haqda danışıb:
“Qvardiola ilə qarşılaşmaqdan bezmişəm. Ancaq Pepin komandasını izləmək həmişə xoşdur, çünki onun möhtəşəm məşqçi olduğunu düşünürəm”.
Komandalar arasında ilk oyun Qvardiolanın komandasının evdə 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab oyunu bu gün saat 00:00-da başlayacaq.