- Baxış sayı: 5
- 24 İyun 2026 19:10
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

FIFA referisi Rəhim Həsənov Avropa liqası oyununu idarə edib. Allsport.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası I təsnifat mərhələsində Lüksemburqda yerli “Proqress” və Monteneqronun “Zeta” klubları arasındakı görüşdə iş başında olub.
Lüksemburq klubunun 3:0 hesablı qələbəsi ilə başa çatan matçda Həsənov meydan sahiblərinin 4, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, o, 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib.
Referiyə yan xətlərdə Mübariz Haşımov və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.