Rəhmanla Vaqif Türkiyə klubuna lazım olmadı

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri – Ufuk Budak, Rəhman Hacıyev və Vaqif Cavadovun çıxış etdiyi “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Samsunspor”la qarşılaşıb. Oyun həmyerlilərimizin komandasının qələbəsiylə başa çatıb – 4:1.

Rəhman bu oyunun iştirak ərizəsində yer almayıb. Vaqif bütün oyunu ehtiyatda izləyib. Start heyətdə meydana çıxan Ufuk isə 89-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 11 xalla 12-ci yerdə gedir.

Həmin kateqoriyadan