“Rəqibə 3-cü qolu hədiyyə etdik”

Bu gün “Neftçi” konfrans liqasının 3-cü ələməsinin ilk görüşündə Bakıda “Beşikdaş”a 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, flaqmanın baş məşqçisi Adrian Mutu mətbuat konfransında məğlubiyyətə belə aydınlıq gətirdi:

“Çətin oyun oldu. İlk hissədə “Beşikdaş” yaxşı çıxış etdi. İkinci yarıda biz üstün oynadıq. Təhlükəli vəziyyətlər yaratdıq.

Rəqibə 3-cü qolu hədiyyə etdik. Buna rəğmən, basqı etdik, qol vurduq. Yenə fərqlənə bilərdik. Bunca rəqiblərə qarşı daim hərəkətli olmalısan. Heyətimiz yenidən qurulur.

Bizə zaman lazımdır. İkinci hissədə bəzi futbolçuları risk edib 45 dəqiqə oynatdım. Yaxşı ki, zədələr olmadı”.

Həmin kateqoriyadan