“Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq”

“Sabah” konfrans liqasının 3-cü ələməsinin cavab görüşündə Serbiyada “Partizan”a 0:2 (ilk matç – 2:0) yenilib. Allsport.az saytı xəbər verir ki, penaltilərdə rəqibə 4:5 uduzan “bayquşlar” avrokubokla vidalaşıb. Belqradda mətbuat konfransında baş məşçimiz Murad Musayev bunu deyib:

“Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. “Partizan” böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıq. Belədə, oyun sakit məcrada keçdi.

Əlavə vaxtda göstərdiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı.

Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan” böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan