“Rəqibdə bəzən sistem dəyişir”

“Qarabağ” sabah Avropa liqasının pley-off mərhələsinin ilk görüşündə Lüblyanada Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, matçdan öncə baş məşqçimiz Qurban Qurbanov açıqlama verib:

“Oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər.

Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.

Matç sabah “Stojitse” stadionunda saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan