“Rəqibin açıqlamalarından da görünür ki, çox inamlıdırlar”

Sabah “Qarabağ” konfrans liqasının pley-ofunun 1-ci oyununda Şotlandiyanın “Aberdin” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, görüş öncəsi mətbuat konfransında baş məşqçi Qurban Qurbanov fikrini bölüşüb:

“Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarından da görünür ki, çox inamlıdırlar, bizə qalib gəlməyə ümid edirlər. Bu, onların öz gücünə inanmasından irəli gəlir. Əlbəttə ki, biz də çox istəkliyik. İlk oyunda evdə olmasına baxmayaraq, hər şeyə cavab matçında aydınlıq gələcək.

Sabah cərimə meydanında istədiklərini yerinə yetirməmələrinə diqqət etmək lazımdır. Futbolçularımız rəqibi yaxından tanıyırlar. Son vaxtlar oyunçular çox istəklidirlər. Sabah daha artığını etmək lazım olacaq.

Meydanda daha mübariz oyun ola bilər. Buna hazırlaşırıq. Çox səbirli olmalıyıq ki, rəqibin verəcəyi boşluqlardan istifadə edək və biz də boşluq verməyək”.

Həmin kateqoriyadan