“Rəqibin gücündən danışmağa ehtiyac görmürəm“

Sabah “Qarabağ” avroliqanın “H” qrupunun 4-cü turunda Tofiq Bəhramov adına respublika stadionunda Almaniyanın “Bayer” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, 8 noyabrda – Zəfər günündə keçirilən mətbuat konfransında komandanın müdafiəçisi Bəhlul Mustafazadə bunu dedi:

“Sabah bizi maraqlı oyun gözləyir. Rəqibin gücündən danışmağa ehtiyac görmürəm. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik. Almaniya klubları taktiki savadları və intizamları ilə seçiliblər. Belə rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.

Həmin kateqoriyadan