- Baxış sayı: 29
- 24 İyun 2026 15:16
- Baxış sayı: 77
- İyun 23, 2026
- 0

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti tarixi göstəriciyə yetişib. Allsport.az saytı xəbər verir ki, millidə 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi uğur qazanan 36 yaşlı müdafiəçi, avrokuboklarda da bu nəticəyə çatıb.
O, buna Avropa liqasının qrup mərhələsində Bakıda “Sportinq”lə görüşdə nail olub. Kapitan qitə miqyaslı klub yarışlarında 100-cü matçına 17 ildə çatıb.
2001-ci il avqustun 9-da “Neftçi”nin UEFA kubokunda “Qoritsa” ilə ev oyununda debüt edən 19 yaşlı müdafiəçi, “Kayserispor”da da avrokubok həyacanı yaşayıb.