Rəşad Sadıqov: Hər rəqib təhlükəlidir

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov çempionlar liqasının 1-ci ələməsinin püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, Albaniyanın “Partizani” klubu barədə bunu söyləyib:

“Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq. Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək.

Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki çempionlar liqasıdır, burada hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan