- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 115
- Sentyabr 23, 2026
- 0

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, konfrans liqasının 2-ci seçməsində “Makkabi”nin oyununu canlı izləyəcək. Allsport.az saytı xəbər verir ki, o, köməkçisi Eltun Yaqublu ilə İsrailə yollanıb.
Rəqib bu gün “Toto” kubokunda Netanya “Makkabi”si ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Qartallar”ın ilk oyunu iyulun 21-də “Dalğa arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdə “Blumfild” stadionunda cavab matçına çıxacaqlar.