Rəşad Sadıqov “Ustadla görüş” layihəsində

Mayın 19-da dövlət bədən tərbiyəsi və idman akademiyasında karyera mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsində sabiq futbolçu, dəfələrlə Azərbaycan premyer liqasının və Azərbaycan kubokunun qalibi, hazırda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, söhbətdə, “İdman oyun növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Rəşad Sadıqov görüş iştirakçılarına futbol idman növünün dərinliklərindən, idmana gəlişi və karyerasından, eləcə də qazandığı nailiyyətlər və uğura gedən yoldan bəhs edib.

Görüş tələbələrin sualları ilə davam edib. Sonda ən yaxşı sual müəllifi olan tələbəyə Rəşad Sadıqovun imzalı hədiyyəsi təqdim olunub.

Həmin kateqoriyadan