“Rəvan” 3 oyunçusu ilə yollarını ayırdı

Azərbaycan 1-ci divizionunda mübarizə aparan “Rəvan” 3 futbolçusu ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, paytaxt klubu yay fasiləsində heyətə cəlb olunan Pərvin Paşayev, Orxan Məmmədov və Rəşad Hacızadə ilə vidalaşıb.

Klub rəhbərliyi sözügedən oyunçulara təşəkkür edərək, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Rəvan” hazırda istirahətdədir. “Aslanlar” yanvarın 5-də bir araya gələcək. Öncə tibbi müayinədən keçəcək komanda ardından 2-ci dövrənin hazırlıqlarına başlayacaq.

Həmin kateqoriyadan