“Rəvan” “Spartak”la “sülh”ə razılaşdı, mübarizəni dayandırdı

Bu gün UEFA Gənclər Liqasında birinci təsnifat mərhələnin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycanın ilk təmsilçisi kimi tarixə düşən “Rəvan” (U-19) Rusiyanın “Spartak” (Moskva) klubunu qəbul edib.

Sentyabrın 30-da Moskvada baş tutan ilk matçda adlı-sanlı rəqibinə 0:4 hesabı ilə uduzan “aslanlar” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıblar. Amma “Dalğa Arena”da baş tutan görüşdə hesab açılmayıb. Nəticədə, “Rəvan” mübarizəni erkən dayandırdığı halda, Rusiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA Gənclər Liqası
Birinci təsnifat mərhələsi (Cavab oyunu)
21 oktyabr

“Rəvan” – “Spartak” – 0:0
İlk oyun – 0:4
Baş hakim: Georgi Kruaşvili
Baş hakimin köməkçiləri: Besik Çiçinadze, Levan Todiya (hamısı Gürcüstan)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
UEFA nümayəndəsi: Alin Cioban (Rumıniya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
Bakı. “Dalğa Arena” stadionu.

“Rəvan”: 1. Aydın Bayramov, 4. Ülvi Kələşov (20. Vüsal Əliyev, 60), 38. Akkoyun Zekisinan, 66. Cabir Əmirli, 97. Anar Həsənov, 6. Elşad Cəbiyev, 8. Ürfan İsmayılov (k), 11. Turan Babayev, 88. Ceyhun Quliyev, 10. Əlibəy Məmmədli (21. Ülvi Ağayev, 90+2), 23. Əsəd Məsimov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 98. Kazbek Qafarov.
Baş məşqçi: Zamin Əsədullayev.
“Spartak”: 12. İlya Suxoruçenko, 3. Artyom Sokol, 18. Andrey Şiqorev, 21. Oleq Krasilniçenko, 25. Artyom Mamin, 6. Şamsiddin Şanbiyev, 7. Zəlimxan Bakayev, 8. Danil Poluboyarinov, 10. Vladislav Panteleyev (k), 17. Aleksandr Lixaçev, 37. Georgi Melkadze (19. Artemio Lyalyuşkin, 68).
Ehtiyat oyunçular: 56. Vadim Averkiyev, 4. Nikolay Rasskazov, 9. Nazar Qordeçuk, 23. Nikita Kiselev, 11. Dmitri Malikov.
Baş məşqçi: Vladimir Besçastnıx.

Həmin kateqoriyadan