- Baxış sayı: 27
- 24 İyun 2026 21:21
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
“Rəvan”ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb. Allsport.az xəbər verir ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub.
U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə “Rəvan” PFK-nın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı lisenziyasına malik Z.Əsədullayevin sonuncu iş yeri AzAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb.