Radim Reznik: “Qarabağ”la görüşdə hücumların tamamlanmasında uğurlu olmalıyıq

“Viktoriya” klubunun müdafiəçisi Radim Reznik ÇL-in 3-cü təsnifat mərhələsində cavab oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, çex futbolçu “Qarabağ”a qarşı keçirəcəkləri matçla bağlı bunu söyləyib:

“Qarabağ”ın öz meydanında çox az uduzduğunu bilirik. Amma biz səfərdə qapımızı toxunulmaz saxlamaq şərti ilə qol vurmağa borcluyuq. Qarşıdakı oyunda hədəfimiz budur və ümid edirəm ki, istəyimizə çatacağıq.

Hücumların tamamlanmasında uğurlu çıxış etməliyik. İlk oyunda demək olar ki, bütün oyunu rəqibin cərimə meydançası yaxınlığında keçirsək də, real qol şanslarımız elə də çox olmadı”.

Həmin kateqoriyadan