- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Barselona”nın hücumçusu Rafinya İngiltərə premyer liqasına qayıda bilər.
Allsport.az xəbər verir ki, “Arsenal”ın braziliyalı ilə yaxından maraqlandığı bildirilir. “Topçular” forvardın transferi üçün 75 milyon funt-sterlinq ödəməyə hazırdır.
Rafinya “Barselona”ya 2022-ci ildə “Lids”dən keçib. O, cari mövsüm ərzində 17 oyunda meydana çıxıb, 12 qol və 9 məhsuldar ötürməylə yadda qalıb.