ŞOK
Ramin Musayev “Araz Naxçıvan”ı çempionatdan kənarlaşdırdı!

“Araz Naxçıvan” klubu 11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla Peşəkar Futbol Liqasına müraciət edərək heç bir əsas olmadan fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyini bildirib.

Allsport.az saytı xəbər verir ki, PFL-in klubun fəaliyyətini davam etdirməsi üçün klub rəhbərliyi, Naxçıvan MR İdman Nazirliyi ilə dəfələrlə danışıqlar aparması və istənilən köməkliyi təklif etməsinə baxmayaraq, qarşı tərəf bütün təklifləri mənfi cavablandırıb. Bundan sonra PFL yuxarıda göstərilmiş məsələ ilə bağlı qərar qəbul etməsi üçün İntizam Komitəsinə müraciət edib.

İntizam Komitəsi 17 noyabr 2014-cü il tarixində iclas keçirib və klubun yarışlardan kənarlaşdırılması qərarını qəbul edib. Yuxarıda göstərilənləri və klubun PFL-ə ünvanladığı məktubu əsas tutaraq

                                                                                                      Ə M R  E D İ R Ə M:

· “Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılsın.
· “Araz Naxçıvan” klubunun futbolçularına azad agent statusu verilsin.

                                                                                                                                                                                                        PFL-in prezidenti R. Musayev

 

Həmin kateqoriyadan