Ramin Musayev: “Mənim üçün ən vacib olan avrokuboklardakı nəticələrdir”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ölkə çempionatını dəyərləndirib. Allsport.az saytının məlumatına görə, o, çempionatın səviyyəsinin düşməsi iə razılaşmır. Azerisport.az-a müsahibəsində PFL rəhbəri deyib ki, ona ən vacib olan avrokuboklardakı nəticələrdir:

“Siz digər aparıcı ölkələrin çempionatlarına fikir verin. Orada da bəzi klublar ardıcıl bir neçə il çempion olurlar, amma çempionata maraq azalmır. “Qarabağ”dan öncə də “Neftçi” ardıcıl üç il çempion olmuşdu. Bu mövsüm ağdamlılar da ardıcıl üçüncü çempionluğa yaxınlaşırlar.

Buna layiqdirlərsə, niyə də olmasın? Əsas komandanın bu çempionluğa layiq olmasıdır. Mənim üçün isə kimin çempion olmasının əhəmiyyəti yoxdur. Mənim üçün ən vacib olan avrokuboklardakı nəticələrdir”.

Həmin kateqoriyadan