Rasim Ramaldanov sıraya dönüb

Türkiyənin Bolu şəhərində təlim-məşqdə olan “Qəbələ” növbəti mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı verir ki, “qırmızı-qaralar” hazırlıq 6-cı gününü arxada qoyub. 

Komanda günü 2 məşqlə yekunlaşdırıb. Futbolçular hər iki məşq zamanı əsasən toplu çalışmaları yerinə yetiriblər. Bərpa keçən Davit Volkov fərdi hazırlıqla kifayətlənib.

Zədədən sonrakı bərpa dövrünü başa vuran Rasim Ramaldanov isə komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.

Həmin kateqoriyadan