Rauf Əliyev “Neftçi”də

“Neftçi” yeni futbolçu alıb. Allsport.az saytı xəbər verir ki, flaqman Rauf Əliyevlə 1 illik müqavilə bağlayıb. 30 yaşlı hücumçu yeni komandasının heyətində 19 nömrəli geyimdə çıxış edəcək.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında oynayan forvard, 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb.

O, 2009-cu və 2019-cu illərdə Azərbaycan kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl “Qəbələ”dən ayrılan digər futbolçu – serbiyalı müdafiəçi Voyislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb.

Həmin kateqoriyadan