Rauf Cabbarov Avropa liqasında oyun idarə edib

FIFA referisi Rauf Cabbarov Avropa Liqasının I təsnifat məthələsində “Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) görüşünün baş hakimi olub. Allsport.az xəbər verir ki, Bakı “İnter”inin sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin rəhbərlik etdiyi “Ordabasi” mübarizəni erkən dayandırıb.

Qarşılaşmada Rumıniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və II təsnifat mərhələsinə yüksəlib. Cabbarov qonaqların 4, meydan sahiblərinin 2 futbolçusuna sarı vərəqə göstərib.

Referiyə Elşad Abdullayevlə Namiq Hüseynov kömək ediblər. Kamal Umudlu isə dördündü hakim funksiyasını yerinə yetirib.

Həmin kateqoriyadan