Rayko Brejançiç: “Qəbələ”yə qarşı fantastik oynadıq”

Serbiyanın “Çukariçki” klubunun müdafiəçisi Rayko Brejançiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Komandamız fantastik oynadı. Hava şəraiti ağır idi. Amma bu, hər iki komanda üçün eyni idi. Çoxlu qol vəziyyətimiz oldu. Lakin onların yalnız birindən istifadə edə bildik. Ən əsası odur ki, öz qapımızı toxunulmaz saxlamağı bacardıq. Qol vəziyyətlərindən daha yaxşı yararlana bilərik. Əminəm ki, tezliklə bu göstəricimizi də yaxşılaşdıracağıq. Çünki təkcə “Qəbələ” ilə yox, “Domjale” (Sloveniya) ilə əvvəlki mərhələnin oyunlarında da kifayət qədər qol vəziyyətimiz olmuşdu”.

Həmin kateqoriyadan