“Real” futbolçusunu icarəyə göndərir

“Real” futbolçusunu icarəyə göndərir

“Real Madrid” argentinalı yarımmüdafiəçisi Franko Mastantuono ilə bağlı qərar verib.

Allsport.az xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunu icarəyə göndərməyə hazırdır.

“Kral klubu” oyunçunu yalnız satınalma hüququ olmadan icarəyə vermək niyyətindədir. Rəhbərlik Mastantuononun daimi oyun praktikası qazanmasını vacib sayır. Artıq İspaniya və digər Avropa ölkələrindən 5-dən çox klub gənc yarımmüdafiəçi ilə maraqlanır.

Mastantuono 2025-ci ilin avqustunda “River Pleyt”dən “Real”a transfer olunub. Argenitnalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına kimidir.

Həmin kateqoriyadan