- Baxış sayı: 26
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real Madrid”in əsas qapıçısı Tibo Kurtua sıradan çıxıb.
Allsport.az xəbər verir ki, o, çempionlar liqasının beşinci turunda “Olimpiakos” komandası ilə səfər matçını buraxacaq.
33 yaşlı belçikalıya mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.
Kurtuanın qapıdakı yerini bu mövsüm hələ rəsmi matçlarda oynamayan ukraynalı Andrey Luninin tutacağı gözlənilir.
Oyun sabah keçiriləcək.