“”Real”a qarşı ilk dəfə oynamıram

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionlar liqasının 1/4 finalında “Real”la keçiriləcək oyunlarla bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, rəqib komanda haqda danışıb:

“Mən “Real”a qarşı ilk dəfə oynamıram. Biz güclü tərəflərimizə diqqət yetiririk. Ötən mövsüm onlara qalib gəldik, əvvəlki mövsümdə uduzduq. Onların stadionunda “Real” oyunun bir çox aspektlərinə nəzarət edir. Biz öz oyun tərzimizi tətbiq etməyə çalışmalıyıq”.

Həmin kateqoriyadan