“Real”dan UEFA-ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın

“Real”dan UEFA-ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın

“Real” rəhbərliyi UEFA-ya “Barselona” ilə bağlı rəsmi müraciət ünvanlayıb.

Allsport.az xəbər verir ki, Madrid təmsilçisi İspaniya hakimlər texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın fəaliyyəti dövründə “Barselona”nın qazandığı bütün titulların ləğv edilməsini istəyib.

Neqreyra 2001–2018-ci illərdə İspaniya Hakimlər Texniki Komitəsində rəhbər vəzifədə çalışıb. Həmin müddətdə Kataloniya klubu 30-dan çox titul, o cümlədən 9 La Liqa çempionluğu və 4 UEFA Çempionlar liqası kuboku qazanıb.

Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya korrupsiya ittihamı irəli sürülmüşdü. İspaniya mətbuatının məlumatına görə, klub 2001–2018-ci illərdə Neqreyraya müxtəlif şirkətlər vasitəsilə ödənişlər edib.

Həmin kateqoriyadan