- Baxış sayı: 59
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bayer” müdafiəçi transferini açıqladı
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi ispaniyalı sol cinah müdafiəçisi Migel Qutyerresi transfer edib.
25 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qutyerres “Real”ın akademiyasının yetirməsidir. O, ötən il “Jirona”dan İtaliyanın “Napoli” klubuna keçmişdi. Müdafiəçi burada 36 oyunda meydana çıxıb.
Migel Qutyerres ötən mövsüm “A” Seriyasında 28 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin çempionlar liqasında 5 oyunda forma geyinib.