“Red Bull Neymar Jr’s Five” futbol turnirinin milli finalında “Şirinlər” qazandı

“Red Bull Neymar Jr’s Five” futbol turnirinin milli finalında “Şirinlər” qazandı

Heydər Əliyev mərkəzinin parkında “Red Bull Neymar Jr’s Five” futbol turnirinin milli Finalı keçirildi. Allsport.az saytı xəbər verir ki, 2 ay davam edən çempionluq uğrunda seçimlərdən sonra, 16 komanda həlledici mərhələyə yüksəli.

Olimpiya sistemiylə təşkil edilən milli finalda güclü rəqabət və güzəştsiz mübarizəilə yadda qaldı. “Şirinlər” 4 saatlıq rəqabətdə “Pentatrik” komandasını 4:0 məyus etdi.

Bu, adı çəkilən kollektivin yarışda 2-ci qələbəsidi. “Şirinlər” dekabrda dünya futbol ulduzu Neymarın iştirakı ilə Qətərdə dünya finalında Azərbaycanı təmsil edəcək.

Həmin kateqoriyadan