Rene Vayler: İlk hissədə “Qəbələ”yə həddən artıq qol şansı yaratdıq

Belçikanın “Anderlext” klubunun baş məşqçisi Rene Vayler Avropa Liqasının qrup mərhələsində “Qəbələ” üzərində qazandıqları qələbəni (3:1) şərh edib. Allsport.az saytı xəbər verir ki, o, açıqlamasında bunu söyləyib:

“Yaxşı oynadıq, lazım olanı etdik. Amma hər şeyin mükəmməl olduğunu deməzdim. Rəqib hesabı bərabərləşdirəndən sonra problemlərimiz yaranmağa başladı. Buna baxmayaraq, yenidən oyuna nəzarəti ələ keçirdik və layiqli qələbə qazandıq.

Layiqli qələbə qazandıq. Etiraf etməliyik ki, birinci hissədə rəqibə həddən artıq qol şansı yaratdıq. Hələ mövsümün əvvəlidir. Komandada böyük dəyişikliklər olub. Ona görə də bunun təsiri özünü göstərir”.

Həmin kateqoriyadan