Reynaldo qol siyahısında 9-cudur

UEFA cari mövsüm Avropa Liqasında iştirak edən bütün klubların heyətindəki futbolçularla bağlı maraqlı statistika hazırlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda hazırda bu turnirdə oynayan və indiyə qədər ən çox qol vuran futbolçuların göstəriciləri açıqlanıb.

Ən məhsuldar futbolçu İtaliyanın “Roma” klubunun kapitanı Françesko Tottidir. Əfsanəvi futbolçu indiyə qədər Avroliqada 38 dəfə fərqlənib. Siyahıda Azərbaycan klublarının da ən qolçu oyunçları göstəririlib.

“Qarabağ”ın hücumçusu Reynaldo Avroliqa iştirakçısı olan bombardirlər siyahısında 10 topla 9-cu sırada qərarlaşıb. “Qəbələ”nin ən məhsuldar futbolçusu isə Sergey Zenyovdur.

Həmin kateqoriyadan