Reynaldu «Qarabağ»ı aldadır!

Guya zədəli olan futbulçu vətənində yoldaşlıq oyununa çıxır

«Qarabağ» klubunun braziliyalı hücumameyilli yarımmüdafiəçisi Reynaldu Premyer liqadakı fasilədən istifadə edərək vətəninə yollanıb. Allsport.az saytı xəbər verir ki, bu mövsümün ilk dövrəsini zədəli olduğu üçün gününü istirahət etməklə keçirən sambaçı, ölkəsində yoldaşlıq matçında forma geyib.

Topazda.com-un məlumatına görə, Reynaldu, sosial şəbəkələrin birində paylaşdığı şəkildə dekabrın 27-də «Obriqado Arapiraka» – «Alagoas» komandaları arasında matçda forma geydiyini söyləyib.
Maraqlıdır ki, zədəsi ucbatından bir neçə aydır Ağdam klubunu çətin vəziyyətdə qoyan havbek bu problemi düzəlməmiş ölkəsində qarşılaşmaya necə çıxa bilir?

Görünür, məsuliyyətsizlik Reynalduda sağalmayan yaraya çevrilib. Bunun nə qədər davam edəcəyini isə «Qarabağ» rəhbərliyinni atacağı addımdan asılıdır.

 

Həmin kateqoriyadan