Riçard Almeyda: Çalışaçağıq ki, səfərdə istədiyimiz nəticəni qazanaq

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda çempionlar liqasının 3-cü təsnifat mərhələsini çərçivəsində Bakıda Moldovanın “Şerif” klubuna qarşı keçirdikləri ilk oyun (0:0) barəsində danışıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu bəxtlərinin gətirmədiyini deyib:

“Əlimizdən gələni etdik. Futboldur, burada hər şey olur. Bütün görüş ərzində hücum etdik, amma alınmadı. Çalışaçağıq ki, səfərdə istədiyimiz nəticəni qazanaq.

Rəqibin müdafiədə oturacağını bilirdik. Ona görə, daim təzyiq etdik. Ancaq nə emək olar, qol olmadı. Öz oyunuma, gəlincə, bu barədə danışmasam yaxşıdır”.

Həmin kateqoriyadan