- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Qarabağ”ın futbolçusu Riçard Almeyda çempionluq sevincini KİV-lə bölüşdü. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 27-ci turunda “Səbail”ə 4:0 qalib gələrək, ardıcıl 6-cı qələbə barədə bunu söylədi:
“Çox möhtəşəm hisslərdir. Mən Azərbaycana qayıdanda, “Neftçi”dən 5 xal geridə idik. Sonda isə 5 xal fərqlə çempion olduq. Özümüzə inandıq, çalışdıq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq. “Qarabağ” mənim ailəmdir, ürəyimdədir. Ailəm də Azərbaycanı, “Qarabağ”ı sevir. “Qarabağ” bizim üçün çox şeydir”.