Rinat Bilyaləddinov: “Qarabağ”la görüş Stanislav Çerçesov üçün çətin olacaq

Tatarıstanın “Rubin” klubunun keçmiş baş məşqçisi Rinat Bilyaləddinov, çempionlar liqasının 3-cü təsnifatında “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçından gözləntisini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan təmsilçi ilə bağlı bunu deyib:

““Qarabağ”ın “Sürix”i necə keçdiyi aydın deyil. İsveçrə liqası milli komanda kimi yaxşıdır. Onlar həmişə ən yüksək səviyyədədirlər. “Qarabağ”da güclü legionçular və millinin aparıcı futbolçuları çıxış edir. Növbəti mərhələ Stanislav Çerçesov (“Ferentsvaroş”un baş məşqçisi) üçün daha çətin olacaq”.

“Köhlən atlar” ilk görüşü avqustun 3-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-u Budapeştdə Bakı vaxtı ilə 22:00 start götürəcək.

Həmin kateqoriyadan