Roberto Bordin: Budapeştin normal havası hər 2 komandanı daha yaxşı oynamağa imkan verəcək

Bu gün “Neftçi” Avropa liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda saat 23:00-da “Ferens Susa” stadionunda Macarıstanın “Uypeşt” klubu ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, görüşdən qabaq baş məşqçimiz Roberto Bordin bunu deyib:

“Bakıdakı kimi, burada da asan olmayacaq. Matça 3:1 hesabı ilə öndə başlayacağıq, amma bizi güclü komanda ilə çətin oyun gözləyir. Bakı ilə müqayisədə burada hava normaldır və bu hər 2 komanda üçün daha yaxşı oynamağa şərait yaranacaq.

Rəqib var gücünü ortaya qoyacaq. Buna hazır olmalıyıq. İlk oyunda buraxdığımız qol bizə yaxşı mənada təsir etdi və effektli nəticə göstərdik. Ümid edirəm, uğurlu nəticəni təkrarlayacağıq”.

 

Həmin kateqoriyadan